Hafiz Məmmədov borcunu ödədi: “O, hazırda evdədir”

27 Yanvar 2022 15:00 Gündəm 924
Hafiz Məmmədov borcunu ödədi: “O, hazırda evdədir”

“Bakı” Futbol Klubunun keçmiş prezidenti Hafiz Məmmədovun Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində saxlanıldığı barədə məlumat yayılıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Açıqlamada qeyd olunur ki, cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sabiq klub rəhbərinin yaxınları son vəziyyətlə bağlı Sportinfo.az-a açıqlama verib. Onların bildirdiyinə görə, problem Dövlət Sosial Müdafiə Fonduna (DSMF) aid vəsaitin köçürülməməsi ilə bağlıdır.

Belə ki, iş adamına məxsus şirkətlərin DSMF-yə 10-12 il əvvəldən borcu yığılıb qalıb. Ümumi məbləğə gəlincə, bu rəqəm yarım milyon manatdan çoxdur.

Keçmiş oliqarxın çevrəsindən o da bildirilib ki, H.Məmmədov həmin borcu bu gün ödəyib və hazırda evindədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"