Yığmamızın çalışdırıcısının QORXDUĞU ADAM

12 Oktyabr 2021 20:50 Gündəm 787
Yığmamızın çalışdırıcısının QORXDUĞU ADAM

“Ümid edirəm, heyətdəki itkilərə baxmayaraq, Serbiya kimi yüksək keyfiyyətli komandaya qarşı matçda fərqlənə biləcəyik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

Seçmə mərhələdə bu gün Serbiyaya qarşı keçirəcəkləri matça toxunan italyan çalışdırıcı əqibin heyətində Duşan Vlahoviçi fərqləndirib:

"Təəssüf ki, bu gün evdə bizə qarşı oynayacaq. Vlahoviç karyerasının zirvəsində olan futbolçudur.

Düşünürəm ki, özünü nümunəvi peşəkar kimi apardığı müddətcə, "Fiorentina" azarkeşləri onu yalnız alqışlaya bilərlər".

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində bu gün Serbiyanın qonağı olacaq. Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”