Ermənistanın “kupça”sını yalnız Azərbaycan verə bilər!

30 May 2023 08:50 Gündəm 584
Ermənistanın “kupça”sını yalnız Azərbaycan verə bilər!

Milçək bir şey deyil, amma görürsən bir vedrə içməli suyu asanca zay edə bilir – üstünə qonmaqla və ya ifrazatını ora salmaqla. İndi qonşuluğumuzda rusun əli ilə “Qafqaz qaraçıları” üçün XX əsrdə yaradılmış “Ermənistan” adlı süni dövlət də.

Çırtdan boyda olmasına rəğmən, bu saxta dövlət on illərdir bölgəni və onun aborigen xalqlarını gərginlikdə saxlayır, aranı qarışdırır, suyu bulandırır, qonşulara pisliyindən, xəbisliyindən qalmır. Çünki başından yekə iddialarla yaşayır. Haqq elədiyi bunca faciələrin əsas səbəbinin fərqinə varmadan...

Ermənistan baş naziri Nikol Paşinyan az öncə ilk baxışda məntiqli bir söz demişdi ki, Ermənistan qonşularla dil tapmasa, məhv olacaq. Mayın 24-də o, parlamentdəki çıxışı zamanı bənzər fikir səsləndirib.

Sitat: “Təsəvvür edin ki, siz hardasa yaşayırsınız, amma kadastr sənədləriniz yoxdur. Ermənistanın da bir dövlət olaraq tarixdə heç vaxt kadastr sənədləri olmayıb. Əgər səylərimiz nəticə versə, o zaman ilk dəfə bu sənədi alacağıq. Biz beynəlxalq səviyyədə tanınmış, demarkasiya və delimitasiya edilmiş sərhədlərə malik və dövlət adlandırılan “kadastr şəhadətnaməsi”nə sahib olmaq istəyirik”...

Ermənistan həqiqətən sənədləri yerində olmayan, “kupçası”sız dövlət kimidir. Nə yazıq ki, Güney Qafqazda belə bir adda de-fakto dövlət də mövcuddur. Bunu etiraf eləmək zorundayıq.

O səbəbə neçə vaxtdır regionun aparıcı və “sənədləri” qaydasında olan dövlətləri – Türkiyə və Azərbaycan ona yeganə düzgün yolu təklif edir: sülh sazişi imzalayıb de-yure mövcudluq qazanmaq! Nəticə etibarilə terrorçu fəaliyyətdən əl çəkmək, özünü normal ölkə kimi aparmaq.

Əslində, tarixi torpaqlarımızda qurulan Ermənistanın “kupçası”nı, daha dəqiqi, halallığını yalnız Azərbaycan verə bilər. Əgər təbii ki, İrəvan Bakının 5 məlum prinsipini qeyd-şərtsiz qəbul eləsə. Bundan ötrü ermənilər anlaqlı xalqa çevrilib “göylərdən yerə” enməlidirlər. “Miatsum”u həmişəlik unutmalıdırlar. Tarixi, tarixçiləri ələ salmağı dayandırmalıdırlar. Miflərlə, uydurma tarixlə yaşamağa son verməlidirlər. Hansına ki, özlərindən savayı heç kim inanmır...

Təfəkkürü xəstə, parazit millətin dövləti də xəstədir, parazitdir. Demək, ətrafdakılara, qonşulara real təhlükə mənbəyidir. İrqçi, özündən başqa heç kimi bəyənməyən eqoist cəmiyyət sağlam, polietnik, modern dövlət qura bilərmi? Bilməz. Necə ki, qura bilmir.

Baxın, SSRİ-nin çöküşündən 32 ilə yaxın vaxt keçir. Amma 14 müttəfiq respublikadan tək Ermənistandır ki, hələ də müstəqil, suveren ola bilməyib, Rusiyanın faktiki ucqar quberniyası olaraq qalır, “qərbçi” Paşinyanın dönəmində belə, Moskvasız yaşamağı, ayaq üstdə durmağı bacarmır, Putinin ağzına baxır, özünün formal sərhədlərini günü bu gün də erməni sərhədçiləri yox, rus hərbçiləri qoruyur. Heç kasıb Tacikistan, slavyan Belarus Rusiyadan bunca asılı və miskin deyil...

Əlbəttə ki, BMT üzvü olmaq dərhal müstəqilliyin, suverenliyin bütün atributlarına malik olmaq anlamını verməz. Müstəqilliyin birinci şərti bu: gərək ərazində xarici hərbi qüvvələr yerləşməyə. Ermənistanda isə hətta İrəvandakı beynəlxalq hava limanının təhlükəsizliyi, giriş-çıxışına kimi, Rusiya hərbçiləri tərəfindən təmin olunur.

İkinci şərt: gərək qonşu dövlətlərin ərazi bütövlüyünü rəsmən tanıyasan. Əks təqdirdə sənin də ərazi bütövlüyün, müstəqilliyin tanınmayacaq, şübhə altına qoyulacaq. Amma həyasızlığa fikir verin: bu hay yığnağı illərdir utanmazcasına ikinci mifik erməni dövlətindən – “artsax”dan dəm vurur. Birini qurdular, qaldı “ikincisi”!..

Gerisayım isə artıq bitmək üzrə. Bölgənin köklü xalqlarına zorla qonşu edilən köçmən ermənilər üçün tarixi, bəlkə də sonuncu fürsət yaranıb ki, ağıllarını başlarına yığsınlar. Ermənistan adlı qondarma dövlətlərini normal dövlətlər cərgəsinə qoşub, nəhayət, sakit həyata və inkişafa qovuşsunlar.

Ağılları yetəcəkmi? (musavat.com)..

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!