“Yoluxma sürətlə artarsa, sərt qapanmaya gediləcək”

26 İyul 2021 18:10 Gündəm 1 277
“Yoluxma sürətlə artarsa, sərt qapanmaya gediləcək”

Sportinfo.az xəbər verir ki, Prezidentin köməkçisi Şahmar Mövsümov payızda yenidən sərt qapanmaların olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ş. Mövsümov deyib ki, əgər yoluxma sürətlə artarsa, xəstəxanalar dolarsa, sərt qapanmaya gediləcək:

“Əgər epidemioloji vəziyyət pisləşsə, biz qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur.

Qapanma olmadan bunun qarşısını almaq çox çətindir. Amma insanlar kütləvi şəkildə və qısa müddətdə vaksin olunarsa, qapanmaya getməyə ehtiyac qalmayacaq, təşviş də olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM