İyulun 21-i Azərbaycan klubları üçün düşərlidirmi?

21 İyul 2021 19:40 Gündəm 1 216
İyulun 21-i Azərbaycan klubları üçün düşərlidirmi?

Bu gün Azərbaycanın iki klubu avrokubok matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, “Neftçi” Çempionlar Liqasında Yunanıstanda “Olimpiakos”, “Sumqayıt” Konfrans Liqasında Serbiyada “Çukariçki”nin qonağı olacaq.

II təsnifat mərhələsinin səfərdəki ilk oyunlarına qədər Azərbaycan klubları iyulun 21-də 8 matç keçirib. Bu tarix təmsilçilərimiz üçün uğurlu sayılan azsaylı günlərdən biridir.

Komandalarımız 8 matçdan 5-də qalib gəlib. Düzdür, bunlardan biri uduzduğumuz penaltilər seriyasına aparıb çıxarıb.

İki heç-heçə edən klublarımız yalnız bir dəfə uduzub. Buna də “Neftçi” üzülüb.

İyulun 21-dəki uğurun səbəblərindən biri də əksər oyunların evdə keçirilməsidir. Öz meydanında 6 görüşdə 4 qələbə və 2 heç-heçə qeydə alınıb.

Bu tarixdəki səfər matçlarında isə 1 qol vurulub. Bu qol bir dəfə bizimkilərə, bir dəfə rəqiblərə sevinc bəxş edib.

Klublarımız iyulun 21-də
21 iyul 1999. “Kəpəz” - “Sloqa Yuqomaqnat” (Makedoniya) - 2:1
21 iyul 2004. “Neftçi” - “Şiroki Brieq” (Bosniya və Herseqovina) - 1:0
21 iyul 2009. “Bakı” - “Ekranas” (Litva) - 4:2
21 iyul 2010. “Lex” (Polşa) – “İnter” - 0:1, penaltilərlə 9:8
21 iyul 2011. “Qarabağ” – “Streymur” (Farer adaları) - 0:0
21 iyul 2011. “Xəzər Lənkəran” – “Makkabi” (Təl-Əviv, İsrail) - 0:0
21 iyul 2016. “Şkendiya” (Makedoniya) – “Neftçi” – 1:0
21 iyul 2016. “Qəbələ” – MTK (Macarıstan) – 2:0

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"