Mahir Emreli bu gün... Super Kuboku qazana biləcəkmi?

17 İyul 2021 18:00 Gündəm 1 061
Mahir Emreli bu gün... Super Kuboku qazana biləcəkmi?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Polşa "Legiya"sında ilk titulunu qazana bilər.

Sportinfo.az xəbər verir ki, ötən mövsümün çempionu Polşa Super Kuboku uğrunda oyuna çıxacaq.

Rəqib ölkə kubokunu qazanmış "Rakuv" olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

23 yaşlı hücumçu "Legiya"nın heyətində keçirdiyi 2 rəsmi oyunda eyni sayda qol vurub və bir məhsuldar ötürmə edib. Hər iki qarşılaşma Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti