UEFA-nın bu qərarı Azərbaycan klublarını da sevindirdi: Büdcə artırılır

20 Aprel 2021 19:20 Gündəm 3 169
UEFA-nın bu qərarı Azərbaycan klublarını da sevindirdi:  Büdcə artırılır

UEFA Çempionlar Liqasının büdcəsini artırmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, ali qitə qurumu İngiltərənin bir investisiya fondu ilə danışıq aparır.

Xəbərdə bildirilir ki, ÇL-in büdcəsi 4.5 milyarddan 7 milyard avroya qaldırılacaq. UEFA-nın yeni yaradılan Avropa Superliqadan imtina edən klubları turnirə dəvət edəcəyi bildirilir.

Yeni layihə bir neçə həftədir müzakirə olunur. Layihənin ÇL-də iştirak edəcək klubların büdcəsinə əlavə gəlir gətirməsi üçün nəzərdə tutulduğu qeyd olunub.

Avropa Super Liqası layihəsi Avropanın 20 ən yaxşı klubunun iştirak edəcəyi bir liqanın yaradılmasını nəzərdə tutur.

Digər Xəbərlər
Xəbər Lenti