Avropa pullu klubların yeni ideyasına qarşı birləşdi

20 Aprel 2021 18:00 Gündəm 1 933
Avropa pullu klubların yeni ideyasına qarşı birləşdi

UEFA-ya üzv olan bütün 55 milli assosiasiya Avropa Super Liqasını qınayan bəyannaməni təsdiqləyib.

Sportimfo.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi tvitter hesabı məlumat yayıb.

Bildirilib ki, bəyannamənin tam mətni günortadan sonra UEFA-nın rəsmi saytında yayımlanacaq.

İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, "Yuventus"dan Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı