“Ovaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır”

26 Fevral 2021 14:30 Gündəm 700
“Ovaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır”

“O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Xocalı soyqırımı törədiləndə dünya susmuşdu:

“Bunun səbəbi o idi ki, o vaxt məlumat qıtlığı var idi. Ermənistan öz propaqandasını işə salmışdı, Azərbaycan tərəfi isə tamamilə aciz durumda idi.

Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi, o vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır.

Bacarıqsız yönətim, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması... Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız məhdud idi.

Digər səbəb, dünya bunu görmək istəmirdi. Çünki Birinci Qarabağ Müharibəsi başlayanda əksər ölkələrdə belə bir təsəvvür vardı ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Uzun illər ərzində bizə qarşı ədalətsizlik davam edirdi. Bizə uzun illər lazım oldu ki, dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək”.

Digər Xəbərlər
Xəbər Lenti