Azərbaycan yığmasının sabiq hücumçusu Vəli Qasımova böyük jest edilib.
Vaxtilə «Betis»in formasını geyinmiş keçmiş hücumçuya Şamaxı rayonunun Nağaraxana kəndində geniş torpaq sahəsi hədiyyə olunub.
Yerli rəsmi dairələr tərəfindən bu şəkildə diqqət görən Qasımov həmin ərazidə ev tikintisinə başlayıb.
Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır.
Bura Çuxuryurd kəndinin qonşuluğunda, rayon mərkəzi - Şamaxı şəhərindən təxminən 15 kilometr şimalda, Şamaxı-Dəmirçi avtomobil yolu kənarında, Nağaraxana adlı yaylanın cənub-qərb yamacında, orta dağlıq qurşağında yerləşir.
Vəli Qasımova belə isti münasibət təsadüfən göstərilmir. O, bir neçə ildir Şamaxıda yaşayır və işləyir.
AFFA tərəfindən bölgəyə göndərilən «Neftçi»nin eks baş məşqçisi rayonda futbol akademiyasına rəhbərlik edir.
SPORTİNFO.AZ
