Metroda iş saatı uzadılacaq - “Sabah”la “Barselona”ya görə

17:20 Gündəm 56
Metroda iş saatı uzadılacaq - “Sabah”la  “Barselona”ya görə

Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.

Həmçinin qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.

Qeyd olunub ki, Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” görüşü saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti