Azərbaycanda futbol qurumunun prezidenti dəyişəcək

10 İyul 2024 11:40 Futzal 3 713
Azərbaycanda futbol qurumunun prezidenti dəyişəcək

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti postunda dəyişiklik gözlənilir.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat daxil olub.

Qurumdan əldə etdiyimiz informasiyaya görə, Zaur Axundovun yaxın vaxtlarda vəzifəsindən ayrılması gündəmdədir.

Buna səbəb onun bugünlərdə Naxçıvan Futbol Federasiyasının sədri seçilməsidir. Bir şəxsin AFFA-ya bağlı iki sahə/region təşkilatına eyni vaxtda rəhbərlik etməsi faktına indiyədək rast gəlinməyib.

Bu, federasiyanın nizamnaməsiylə də yolverilməz sayılır. Odur ki, Axundovun 2008-ci ildən idarə elədiyi AFF ilə vidalaşması qaçılmazdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM