Qarabağdan erməni hərbçilər çıxarılır - Erməni analitik DETALLARI AÇDI

27 Yanvar 2021 23:50 Gündəm 4 530
Qarabağdan erməni hərbçilər çıxarılır - Erməni analitik DETALLARI AÇDI

“Ermənistan vətəndaşları artıq Qarabağda hərbi xidmət keçə bilməyəcəklər. Bu, siyasi razılaşmanın nəticəsidir. Ordu komandirləri verilən əmri yerinə yetirir, onlara belə əmr verilib”.

Sportinfo.az xəbər verir ki, bu barədə erməni hərbi-siyasi analitik Hayk Naqapetyan deyib.

Onun sözlərinə görə, Qarabağdakı erməni hərbçilər çıxarılır: Əslində Ermənistandan Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir”.

Erməni analitik qeyd edir ki, Qarabağda hər şey Azərbaycanın nəzarətindədir:

“Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan hərbçiləri ora göndərmək mümkün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti