“Paşinyan bir kağıza Qarabağı satır” - Erməni revanşist

16 İyun 2023 07:50 Gündəm 1 185
“Paşinyan bir kağıza Qarabağı satır” - Erməni revanşist

“Qarabağı heç bir zəmanət vermədən bir “kağıza” satmağa çalışırlar.

Deyirlər ki, Azərbaycan bundan sonra dayanacaq”.

Bunu Ermənistan parlamentində 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı “Hayastan” müxalifət blokundan olan deputat Kristine Vardanyan deyib.

Deputatın sözlərinə görə, mövcud reallıqları nəzərə alaraq, ermənilərin yalnız bir işi qalıb - bu “kağız”dan imtina etmək və onun imzalanmasının qarşısını almaq. “Bu sənədi imzalamaq bizə heç nə verməyəcək. Əksinə, biz ancaq uduzacağıq. Bu sənədlə “planlaşdırılan” Ermənistan yaşamaq qabiliyyətinə malik deyil və məhvə məhkumdur. Bütün problem budur. Siz insanları gələcəyindən məhrum edirsiniz”, - deyə Vardanyan zalda olan baş nazirə bu sözlərlə müraciət edib.

Revanşist deputatın sözlərinə görə, hakim elita 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından sonrakı ssenarinin təkrarlanacağını düşünürsə yanılır. “Siz təslim sənədini imzaladınız və onu həzm etdirə bildiniz. İndi düşünürsüz ki, ermənilər bunu yenidən udacaqlar. Fikirləşirsiniz ki, müxalifətin hansısa aksiyaları, bir neçə çıxışı olacaq və hər şey bununla bitəcək, amma bu hesablama yanlışdır”, - deyə erməni deputat danışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti