Yığmamımızın sabiq üzvünün həbs müddəti 3 ay uzadıldı

27 May 2020 13:54 Güləş 673
Yığmamımızın sabiq üzvünün həbs müddəti 3 ay uzadıldı

Şamaxı rayon Məhkəməsində Azərbaycan millisinin sabiq güləşçisi, vətəndaşı qanunsuz azadlıqdan məhrum etmədə ittiham olunan Məsim Qədirlinin barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

hakim Etibar Hümbətov sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və Qədirlinin həbs müddəti 3 ay uzadılıb.

Məsim Qədirli Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) ittiham edilir.

Məsim Qədirli yeniyetmələrdən ibarət sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü olub. O, Azərbaycan birinciliyinin bürünc mükafatını qazanıb, beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib.

Digər Xəbərlər
Xəbər Lenti