Ruslar Azərbaycan millisinin toplanışında - VİDEO

25 Fevral 2020 19:58 Güləş 828
Ruslar Azərbaycan millisinin toplanışında - VİDEO

Yunan-roma güləşi üzrə Azərbaycan yığması Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 19-dan Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına start verən milli martın 2-dək əsasən fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmaları həyata keçirəcək.

Hazırlıq prosesi Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun nəzarəti, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutur.

Hazırlıq prosesində Rusiyadan dəvət olunmuş bir neçə güləşçi də iştirak edir. Onlar yerli güləşçilərin sınaqçı-rəqibi kimi toplanışa qatılıb. Bu ilin ilk lisenziya yarışı 19-22 mart tarixləri arasında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti