Mariya mübarizəyə başlayır, Maqomedov final görüşünə çıxır

19 Sentyabr 10:00 Güləş 701
Mariya mübarizəyə başlayır, Maqomedov final görüşünə çıxır

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gələcək.

57 kq-da Jalə Əliyeva 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, 65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoyla görüşəcək.

57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada qüvvəsini sınayacaq. O, Tamara Dollakla güləşəcək.

Bu gün həmçinin 97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək.

Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu