AÇ: Daha 3-ü yarışa qoşulur

20 İyun 2019 11:12 Güləş 458
AÇ: Daha 3-ü yarışa qoşulur

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, sabah 40, 46, 53, 61 və 69 kq-da çıxış edən qız güləşçilər mübarizəyə qoşulacaq.

Bu gün 3 qız güləşçimiz döşək üzərinə çıxacaq. 46 kq-da yarışan Lalə Mirzəyeva təsnifat mərhələsində polşalı Marta Qruşkieviçi üstələməlidi.

Elnurə Məmmədova (53 kq) ilk görüşünü 1/8 finalda keçirəcək. Onun rəqibi Amori Olivya Andriç (Almaniya) olacaq.

61 kq çəkidə ölkəmizi təmsil edən Mərziyə Sadıqova isə ilk olaraq 1/8 finalda Çadia Ayaçi (Fransa) üzərində qələbə qazanmalıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti