Çempionlar döndü - VİDEO

13 İyun 2019 14:36 Güləş 571
Çempionlar döndü - VİDEO

Avropa çempionatında uğurla çıxış etmiş gənc sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, bahadırlarımız üçün Heydər Əliyev Beynəlxalq aeroportunda təntənəli qarşılanma mərasimi təşkil olunub.

Komandamızın böyük məşqçisi Rövşən Hacıyev yetirmələrinin çıxışından razıdır. Bununla belə bəzi çatışmazlıqların aradan qaldırılmasına ehtiyac var.

Qitə miqyaslı yarışda fəxri kürsünün birinci pilləsinə qalxmış Turan Bayramovun növbəti hədəfi dünya çempionatında mükafat qazanmaqdı.

Olimpiya çempionu Toğrul Əsgərovla eyni çəki dərəcəsində olması isə məsuliyyəti birə iki artırır. Sərbəst güləş yığmamız Avropa çempionatını 3-cü yerdə başa vurub.

115 xal toplayan millimizi ikinci yerdəki Moldovadan cəmi 1 xal ayırıb. Rusiya isə 205 xalla komanda hesabında Avropa çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti