Yığmalarımız son toplanışda

10 İyun 2019 20:48 Güləş 535
Yığmalarımız son toplanışda

İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində güləş yarışları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Oyunlarda ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək.

Yığmalarımız məsul yarış ərəfəsində son hazırlıq prosesinə start verib. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçir.

Göygöldə daha çox fiziki məşqlər keçirilmişdisə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləriylə birgə toplanış keçir.

Qadınlarımız isə iyunun 8-dən Belarusdadı. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışa qədər Minskdə yerli komandayla birgə toplanışı davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti