Avropa çempionatında daha 5 güləşçimizin rəqibləri bəlli oldu

4 İyun 2019 08:48 Güləş 475
Avropa çempionatında daha 5 güləşçimizin rəqibləri bəlli oldu

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə daha 5 güləşçimiz mübarizəyə qoşulacaq.

Yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri medal üçün döşək üzərinə çıxacaqlar.

Ötən gün həmin çəkilərin püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

60 kq çəki dərəcəsində yarışacaq Əsgər Əlizadə mübarizəyə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi rumıniyalı Manuel Stoika olacaq.

67 kq-da yarışa Niyaz Ərzumanov təsnifat mərhələsində finlandiyalı Coni Pekka Komppa ilə üz-üzə gələcək.

72 kq çəkidə mübarizə aparacaq Ülvi Qənizadə almaniyalı Erik Loserlə qarşılaşacaq.

97 kq-da mübarizə aparacaq Tarış Əbilov da təsnifat mərhələsindən başlayacaq. O, macarıstanlı Aleks Gerqo Şokeni yolundan kənarlaşdırmalı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti