Tramp Yaponiyada xanımı ilə sumo güləşinə baxdı

28 May 2019 15:12 Güləş 759
Tramp Yaponiyada xanımı ilə sumo güləşinə baxdı

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Yaponiyaya rəsmi səfər çərçivəsində yay sumo güləşi üzrə yarışları izləyiblər.

Sportinfo.az xəbər verir ki, müsabiqənin sonunda Amerika Prezidenti kuboku yarışın qalibi, 25 yaşlı sumo güləşçisi Asanoyama təqdim edib.

11 mindən çox insanın izlədiyi yarışlara baxmaq üçün ABŞ nümayəndə heyətinə min nəfərlik yer ayrılıb.

Tramp və xanımı digər rəsmilərlə birlikdə sumo güləşçilərini maraqla seyr ediblər. ABŞ lideri bu idman növünün valehedici olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti