Aprelin 8-14-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında güləşçilərimiz 13 (4 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıb.
Sportinfo.az xəbər verir ki, bununla bağlı qitə birinciliyindən medalla qayıdan güləşçilərin mükafatlandırılma mərasimi keçiriləcək.
Tədbir bu gün saat 13:00-da Azərbaycan Güləş Federasiyasının ofisində start götürəcək. Mükafatları qurumun rəhbəri Namiq Əliyev təqdim edəcək.

