Azərbaycanın olimpiya çempionu Rusiyada xatirəə qızılı qazandı

4 May 2019 00:00 Güləş 559
Azərbaycanın olimpiya çempionu Rusiyada xatirəə qızılı qazandı

Rusiyanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha iki güləşçisi fəxri kürsüyə qalxıb.

Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub.

Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabı ilə məğlub edən dünya, olimpiya və Avropa çempionu qızıl medal qazanıb.

Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbəylə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib.

Son görüşdə yerli idmançı Razambek Camalova uduzan Hacıyev gümüş medalla kifayətlənib. Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığma yarışdan bir dəst medalla ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti