Azərbaycan yığması təlim-məşq toplanışına başladı

24 Aprel 2019 19:12 Güləş 551
Azərbaycan yığması təlim-məşq toplanışına başladı

Yunan-Roma güləşi Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən milli bu dəfə Göygölə yollanıb.

Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komanda Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmaların da hazırlıq planı bəlli olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti