Güləşçilərimiz Antalyada daha 4 medala sahib oldular

21 Aprel 2019 16:48 Güləş 528
Güləşçilərimiz Antalyada daha 4 medala sahib oldular

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın 3-cü günündə komandamız daha 4 medal qazanıb.

Sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Əliyev (97 kq) isə bürünc medalla kifayətlənib.

Qızların yarışında Jalə Əliyeva (62 kq) üçüncü yerin sahibi olub. Bununla da millimizin aktivindəki medalların sayı 8-ə (3-2-3) çatıb.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti