İkinci gündə ilk medallar - "Çempionlar” turnirində

20 Aprel 2019 08:12 Güləş 773
İkinci gündə ilk medallar - "Çempionlar” turnirində

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə ilk medalçılar müəyyənləşib.

Qızların mübarizəsində bütün rəqiblərinə qalib gələn Ceyla Nağızadə (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayşən Yusifova (53 kq) isə bürünc medal qazanıb.

Sərbəst güləşçilərimizə gəlincə, Elmar Kazımov (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti