Azərbaycan yığması Türkiyədə 11 medal qazandı

15 Aprel 2019 11:12 Güləş 539
Azərbaycan yığması Türkiyədə 11 medal qazandı

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son yarış günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olub, Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) isə üçüncü yeri tutub.

Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Beləliklə, ümumilikdə bu yarışda 11 medal - 2 "qızıl", 5 "gümüş" və 4 "bürünc" qazanılıb. Beynəlxalq dərəcəli hakim Zaur Şərifov "Victory Cup"da hakimlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti