Qadınlardan ibarət yığmamızın Avropa çempionatında tutduğu yer bəlli olub.
Sportinfo.az xəbər verir ki, yarışa 8 güləşçiylə yollanan millimiz 1 qızıl, 3 bürünc medal qazanıb.
Ümumilikdə 96 xal toplayan komandamız Avropa 4-cüsü olub. Yığmamız yalnız Rusiya (168), Bolqarıstan (112) və Türkiyədən (98) geri qalıb.
Millimizin Buxarestə kapitan Mariya Stadnik olmadan yollandığını nəzərə alsaq, bu nəticəni uğurlu saya bilərik.

