Azərbaycanın son 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq

13 Aprel 2019 11:24 Güləş 493
Azərbaycanın son 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün son 5 çəki dərəcəsi üzrə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq-da çıxış edən "klassiklər" döşək üzərinə çıxacaqlar.

Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq. Onlardan birinin ilk görüşü təsnifat, qalanlarının isə 1/8 final mərhələsinə təsadüf edəcək.

60 kq

1/8 final. Murad Məmmədov - David Andrey Ersetiç (Polşa)

67 kq

1/8 final. Kamran Məmmədov - Fredrik Holmquist Byerrehuus (Danimarka)

72 kq

Təsnifat. Ülvi Qənizadə - Anatoli Popov (Moldova)

82 kq

1/8 final. Rafiq Hüseynov - Peter Naqi (Macarıstan)

97 kq

1/8 final. Orxan Nuriyev - Artur Şahinyan (ARM) / Pontus Yohan Lund (İsveç)

İlk 5 çəki dərəcəsindəki Azərbaycan yunan-Roma güləşçilərindən İslam Abbasov (87 kq) finala yüksəlib.

Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti