"Bu yarışa tam ciddi hazırlaşmışdım".
Sportinfo.az xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov deyib.
O, bildirib ki, Avropa çempionatına, eləcə də son illər keçirilən və ona medallar qazandıran digər yarışlara ciddi hazırlaşıb.
Cəbrayıl Həsənov qeyd edib ki, hazırlığın nəticəsi öz bəhrəsini verib.

