Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportinfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edib.
O, finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gələcək.

