Azərbaycanın qadın güləşçisi Elmira Qəmbərova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportinfo.az xəbər verir ki, 59 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Angelina Lisakı məğlub edib.
Digər güləşçi Türkan Nəsirova (50 kq) bürünc medal uğrunda türkiyəli Evin Demirhana uduzub.

