Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxacaq.
Sportinfo.az xəbər verir ki, bunlar Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netrebadır (68 kq).
İ.Netreba yarımfinalda Ukrayna təmsilçisi Alla Çerkasovaya uduzub. T.Nəsirova ilə E.Qəmbərova 1/4-də müvafiq olaraq ukraynalı Oksana Livaç və rusiyalı Svetlana Lipatovaya məğlub olsalar da, rəqibləri finala çıxdığı üçün medal görüşünə çıxacaqlar.
Sabirə Əliyeva (76 kq) isə 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıb.
T.Nəsirova bürünc medal uğrunda görüşdə türkiyəli Evin Demirhanla, E.Qəmbərova ukraynalı Angelina Lisakla, İ.Netreba isə Aqnieşka Kordus (Polşa) - Anna Fransson (İsveç) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində medal görüşləri bu gün keçiriləcək.

