Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportinfo.az xəbər verir ki, buna səbəb 79 kq çəki dərəcəsindəki 29 yaşlı pəhləvanın finalda güləşəcəyi rusiyalı rəqibi Ahmed Hacımaqomedovun zədəli olmasıdı.
Hacımaqomedov Ukrayna təmsilçisi Aleksey Domanitskiyə 7:0 hesabı ilə qalib gəldiyi yarımfinal görüşündə dizindən xəsarət alıb.
Həkimlər onun yarımfinalda aldığı zədə üzündən həlledici görüşə çıxmasına icazə verməyiblər. Daha əvvəl Həsənov 2010 və 2011-ci illərdə də Avropa çempionu olub.

