Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportinfo.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov yarımfinalda Gürcüstan təmsilçisi İrakli Mtsiturini məğlub edib.
O, həlledici görüşdə polşalı Zbiqniyev Baranovski ilə qarşılaşacaq. Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) yarımfinalda məğlub olsalar da, bürünc medal uğrunda yarışacaqlar.
Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıblar. Bu çəki dərəcələrində medal görüşləri bu gün keçiriləcək.

