Macarıstanın paytaxtı Budapeşt şəhərində start götürəcək güləş üzrə dünya çempionatında sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.
Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 4 çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan idmançılarının da rəqibləri bəlli olub.
Yığmanın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.
Güləş üzrə dünya çempionatı 20 – 28 oktyabrda təşkil olunacaq. Sərbəst güləşçilər 20 – 23, qadınlar 22 – 25 oktyabrda yarışacaqlar.
Yunan-Roma növündə isə yarışlar 25 – 28 oktyabrda keçiriləcək. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək.
61 kq
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN)
74 kq
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR)
86 kq
1/16 final - Murad Süleymanov - Quma Bəşir (SUD)
125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (GER)

