Ağayevlə Umudovun komandası dünya çempionatına hazırlığı davam etdirir

17 Oktyabr 2018 00:40 Güləş 588
Ağayevlə Umudovun komandası dünya çempionatına hazırlığı davam etdirir

Qadın güləş yığmamız 20-28 oktyabrda Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, İstanbul şəhərində yerli komandayla birgə təlim-məşq toplanışı keçən millimiz bu həftə yüngül məşqlərə keçib.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun komandaya yüklənmədən azad olmaya start verib. Yığma son taktiki-texniki çalışmaları həyata keçirir.

Qadınların yarışı ayın 22-dən 25-dək keçiriləcək. İlin ən vacib yarışında ölkəmizi Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti