Azərbaycanın sərbəst güləşçiləri “Ugra Open”də yarışacaq

10 Oktyabr 2018 19:24 Güləş 469
Azərbaycanın sərbəst güləşçiləri “Ugra Open”də yarışacaq

Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

Ənənəvi yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 güləşçi - Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti