Azərbaycan yığması DÇ-yə Türkiyə ilə birlikdə hazırlaşır

10 Oktyabr 2018 14:36 Güləş 498
Azərbaycan yığması DÇ-yə Türkiyə ilə birlikdə hazırlaşır

Qadın güləşçilərdən ibarət yığmamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, oktyabrın 20-dək davam edəcək hazırlıq prosesi Türkiyə millisi ilə birlikdə keçirilir.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir.

İdmançılarımız gündəlik iki məşqə çıxır. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.

Təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır. Qadınlar oktyabrın 22-25-i aralığında yarışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti