Güləş federasiyasında milli və beynəlxalq referilər üçün seminar keçirilib.
Sportinfo.az xəbər verir ki, hakimlər kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi ilə keçirilən nəzəri təlimdə 20 yaxın ədalət təmsilçisi iştirak edib.
Toplantı iştirakçıları qaydalarında son dəyişikliklər barədə məlumatlandırılıblar. Onlardan qarşıdakı yarışlarda daha diqqətli və obyektiv idarəçilik tələb olunub.

