20-28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatı keçiriləcək.
Sportinfo.az xəbər verir ki, bu yarışın hazırlığına öncə sərbəst güləş millimiz başlayıb.
Komanda Güləş Olimpiya Mərkəzində bir araya gəlib. Məşqlər oktyabrın 18-dək davam edəcək.
“Klassiklər”in təlim-məşq toplanışı oktyabrın 23-də yekunlaşacaq. Qadınlardan ibarət yığma dünya çempionatına Türkiyədə hazırlaşacaq. Oktyabrın 5-dən 20-dək İstanbulda bir yerdə olacaq millimiz Macarıstana qardaş ölkədən yola düşəcək.

