Fazil Məmmədov federasiya prezidenti vəzifəsindən istefa verdi

2 Oktyabr 2018 18:48 Güləş 672
Fazil Məmmədov federasiya prezidenti vəzifəsindən istefa verdi

Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.

Sportinfo.az xəbər verir ki,,hazırda səhhətində problemlər yaşayan eks nazir bir müddət əvvəl istefa ərizəsi yazıb.

Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Qurumda prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib.

N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.

Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti