"Bəzi insanların toruna düşmüşdüm, məni öyrədiblər, çox peşmanam!” - VİDEO

29 Sentyabr 2018 15:48 Güləş 748
"Bəzi insanların toruna düşmüşdüm, məni öyrədiblər, çox peşmanam!” - VİDEO

Bir müddət öncə Elçin Mürşüdov adlı şəxs Azərbaycanın Güləş Federasyasının vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovu rüşvət almaqda ittiham etmişdi.

Sportinfo.az xəbər verir ki, vaxtı ilə güləşçi olduğunu iddia edən E. Mürşüdov Rusiyada MMA (qarışıq döyüş növləri) ilə məşğul olduğunu, Azərbaycanın MMA üzrə milllisinə qatılmaq üçün F.Umudovun ondan 4500 manat pul istədiyini demişdi.

Sözügedən iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Daha sonra E.Mürşüdov özü bu barədə video çəkib yayaraq Firdovsi Umudovdan üzr istədiyini, başqalarının toruna düşərək bu cür danışdığını açıqlayıb:

"Firdovsi Umudovla birbaşa görüşməmişəm, o məndən heç bir məbləğ, pul tələb etməyib. Mən Firdovsi Umudovun adından istifadə edən şəxslərin toruna düşmüşəm.

Bu vidoenu çəkməkdə məqsədim Firdovsi Umudovdan və bütün idmançılaradan üzr istəməkdir. Bəzi insanların toruna düşmüşdüm, məni öyrədiblər, buna görə çox peşmanam”.

F.Umudov prezident İlham Əliyev tərəfindən idmandakı xidmətlərinə görə “Şöhrət” ordeni (2012), “Tərəqqi” medalı (2016) və Azərbaycan Respublikası prezidentinin Fəxri Diplomu (2015) ilə təltif olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti