Azərbaycanı təmsil edən legioner dünya çempionu oldu - VİDEO

25 Sentyabr 2018 00:40 Güləş 603
Azərbaycanı təmsil edən legioner dünya çempionu oldu - VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, altıncı yarış günündə Hacımurad Hacıyev (70 kq) cari DÇ-də finalda mübarizə aparan ilk güləşçimiz olub.

Dağıstanlı legionerimizin Rusiyadan olan həmyerlisi Razambəy Camalov ilə final qarşılaşması dramatik alınıb. İlk hissədən sonra 0:3 hesabıyla geridə olan təmsilçimiz görüşün sonlarında geridönüş edərək dünya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti