Güləş üzrə 2019-cu il dünya çempionatı Qazaxıstanın paytaxtdı Astanada təşkil olunacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Güləş Federasiyasının vitse-prezidenti Erlan Kojasbay şəxsi "facebook" profilindən paylaşım edib.
O, ev sahibliyi ilə bağlı seçimdə Türkiyənin İstanbul şəhərinə qalib gəldiklərini qeyd edib. Qazaxıstanda keçiriləcək dünya çempionatı həm də 2020-ci il Tokioda Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Mundial 2019-cu ildə 14-22 sentyabr tarixlərində baş tutacaq. Builki dünya çempionatı 22-28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

