"Bizdə Azərbaycandakı qədər pul yoxdu"

9 Sentyabr 2018 17:14 Güləş 760
"Bizdə Azərbaycandakı qədər pul yoxdu"

Belarus prezidenti Aleksandr Lukaşenko baş nazir Sergey Rumasla Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq məsələsini müzakirə edib.

Sportinfo.az xəbər verir ki, onun sözlərinə görə, sentyabrın 4-də Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Koçiyançiçlə görüşüb və turnirin problemlərini müzakirə edib.

“Azərbaycan bu çempionata çoxlu maliyyə ayırdı. Biz böyük xərclərdən qaçmalıyıq (Bizdə bu qədər pul yoxdur)”, - prezident bildirib.

Onun fikrincə, Minskdəki Avropa Oyunları “öz ucuzluğu, dövlətimizin və xalqımızın açıqlığı ilə seçilməlidi”.

Sergey Rumasın Belarus Futbol Federasiyasına rəhbərlik etdiyini nəzərə alaraq, Aleksandr Lukaşenko bu sahədəki vəziyyətlə də maraqlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti