Yeniyetmə yunan-Roma güləş millimiz Arazın o tayında 2-ci yer tutdu

9 Sentyabr 2018 00:50 Güləş 532
Yeniyetmə yunan-Roma güləş millimiz Arazın o tayında 2-ci yer tutdu

İranın Sircan şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında İmam Yadigar kuboku keçirilib.

Sportinfo.az xəbər verir ki, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi ilə komanda yarışında ölkəmizi Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanov (110 kq) təmsil ediblər.

Ötən gün qrupda bütün görüşləri qələbə ilə başa vuran millimiz dünən finalda ev sahibinə uduzub və gümüş medalla kifayətlənib. Sərbəst güləşçilər bir neçə gün əvvəl eyni yarışda bürünc medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti