Azərbaycanın qadın güləşçilərdən ibarət milli komandasının kapitanı Mariya Stadnik “Poland Open" turnirinə qatılacaq.
Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 30 yaşlı idmançı sentyabrın 7-də Polşanın paytaxtı Varşavada start götürəcək yarışda mübarizə apacaq.
Mariya Stadnik. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionudu. 3 gün davam edəcək turnir Dünya Güləş Birliyinin təqvim planına əsasən Qran Pri seriyasından sayılır.

