General millimizin tanınmış simasının rütbəsini artırdı - FOTO

19 Avqust 2018 10:31 Güləş 740
General millimizin tanınmış simasının rütbəsini artırdı - FOTO

Olimpiya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayevin rütbəsi artırılıb.

Sportinfo.az xəbər verir ki, tanınmış idmançı Dövlət Sərhəd Xidmətinin baş leytenantı rütbəsini alıb.

“Artıq bir aydır ki, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenant rütbəsinə layiq görülmüşəm. Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim, və həmin gün yetişdi - 18-08-2018.

Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram”, - R.Çunayev yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti